Şimali Koreya konstitusiyasından Cənubi Koreya ilə birləşmə barədə istinadları çıxarıb.
1xeber.media xəbər verir ki, bu barədə “Röyters” məlumat verib.
“Pxenyan ilk dəfə olaraq konstitusiyaya öz ərazisinin təsvirini daxil edib və bu da KXDR-in Cənubi Koreya ilə ayrı bir dövlət kimi həmsərhəd olduğunu göstərir”, məlumatda qeyd olunub.
Bildirilib ki, düzəlişlər Ali Xalq Məclisinin mart ayında keçirilən iclasında qəbul edilib.
















