Rusiya prezidenti Vladimir Putin “İlin yekunları”nda ona verilən sual kontekstində Oreşnikin Qərb hava hücumundan müdafiə sistemləri ilə yüksək texnologiyalı dueli haqqında danışıb.
1xeber.media xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.“Prezidentin bu bəyanatları barədə ona verilən sual kontekstində danışmaq çox vacibdir. Bu onun təşəbbüsü deyildi. Ondan mümkün zəiflikləri izah etməyi xahiş etdilər və buna görə də prezident adətən etdiyi kimi, raketin necə işlədiyi barədə bir qədər təfərrüatlı danışdı”, - deyə prezidentin mətbuat katibi izah edib.
Peskov həmçinin bu kontekstdə Putinin Rusiya Federasiyası ərazisində dəfələrlə həyata keçirilən hücumlara cavab tədbirləri ilə bağlı daha əvvəl dediyi sözlərə də diqqət yetirməyə çağırıb.