Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğluya qardaşına edilən hücumla bağlı zəng edib.
1xeber.media xəbər verir ki, bu barədə C.Bayramov “X” hesabında paylaşım edib.
“Əziz qardaşım və dostum Mövlud Çavuşoğlu ilə telefon danışığımız zamanı, Mövlud bəyin qardaşı Aydın Çavuşoğlunun ağır xəsarət alması xəbərini kədər və narahatlıqla qarşıladığımızı diqqətə çatdırdım.
Vəziyyətinin sabit olduğu bildirilən Aydın Çavuşoğluya şəfa diləyirəm. Bu çətin məqamda Çavuşoğlu ailəsinə həmrəyliyimizi ifadə edirik. Allah yar və yardımçınız olsun!”, - paylaşımda qeyd olunub.
















