1xeber.media xəbər verir ki, dekabrın 20-də səhər saatlarında rus qoşunları Kiyev və Xersona raket hücumu həyata keçirdi - itkilər və ölənlər oldu. Bu barədə Ukrayna hakimiyyəti məlumat yayıb.
Dağıntılar Kiyevin Qoloseyevski, Solomenski və Şevçenkovski rayonlarına düşüb. Evlərin damlarında yanğınlar var, maşınlar yanır, deyə şəhərin meri Vitali Kliçko yazıb.
Qoloseyevski rayonunda iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Kiyev administrasiyasının ilkin məlumatlarına görə, dörd nəfər yaralanıb - onlardan biri ölüb. Ərazidəki inzibati binalara, yol örtüyünə və istilik magistrallarına ziyan dəyib.