Ukrayna müharibənin 1535-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 339 190 hərbçi, 11 919 ədəd tank, 24 538 ədəd zirehli döyüş maşını, 41 630 ədəd artilleriya sistemi, 1 778 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 370 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 352 ədəd helikopter, 1344 ədəd yerüstü robot-texnika kompleksi, 94 879 ədəd avtomobil texnikası, 279 729 ədəd PUA, 4 585 qanadlı raket, 33 gəmi/kater, 2 sualtı qayıq, 4 173 xüsusi avadanlıq itirib.

















