Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ilə bağlı seçki kampaniyası rəsmi olaraq mayın 8-də başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak etmək üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydə alıb:
"Kampaniya 5 iyuna kimi davam edəcək".
Qeyd edək ki, Nikol Paşinyan seçki kampaniyasında iştirak etmək üçün bu gün məzuniyyətə çıxıb və səlahiyyətlərinin icrasını dayandırıb.
















