ABŞ ordusu Oman körfəzindəki limanlara girməyə çalışan İrana məxsus neft tankerlərini sıradan çıxarıb.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.
Bildirilib ki, 8 mayda ABŞ qüvvələri Oman körfəzindəki İran limanına girməzdən əvvəl “Sea Star III” və “Sevda” tankerlərini sıradan çıxarıb:
"USS Corc H.W. Buş təyyarədaşıyan gəmisindən “F/A-18 Super Hornet” qırıcısı hər iki tankerə dəqiq zərbələr endirərək, qaydanı pozan gəmilərin İrana girməsinin qarşısını alıb".
CENTCOM həmçinin 6 mayda ABŞ qüvvələrinin İranın “Hasna” tankerini sıradan çıxardığını bildirib.

















