Ukrayna Ali Radasının Respublika Prezidenti Vladimir Zelenskinin “Xalqın qulluqçusu” fraksiyasından olan deputatı Roman Kaptelov Rusiyada yaşayan həyat yoldaşı və uşaqlarının Moskvada daşınmaz əmlakı olduğunu bəyan edib.
1xeber.media xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri məlumat yayıb.“2015-ci ildən deputatın ailəsi Moskvanın Leninski prospektində 100 kvadratmetr sahəsi olan mənzilin payına sahibdir. Deputatın həyat yoldaşı, uşaqları və qohumları mənzilin üçdə birinə məxsusdur”, - nəşr qeyd edir.
Bundan əlavə, qeyd edildiyi kimi, deputatın həyat yoldaşı 2022-ci ilin yanvarında uşaqları ilə birlikdə Ukrayna ərazisini tərk edərək Moskvaya köçüb və hazırda orada yaşayır və Rusiyanın gənclər üçün hərbi idman hazırlığı mərkəzi ilə əməkdaşlıq edən təşkilatda işləyir.