Azərbaycanın yeniyetmə paraüzgüçüsü Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya seriyasında fəxri kürsüyə qalxıb.
1xeber.media xəbər verir ki, o, S10 kateqoriyasında 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda 1:03.42 nəticə ilə gənclər arasında bürünc medal qazanıb.

















