Ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə Hüseynov Asif Tahir oğlu Mingəçevir şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
1xeber.media xəbər verir ki, Hüseynov Asif Tahir oğlu 1987-ci ildə Şəmkir şəhərində anadan olub. 1994–2005-ci illərdə Şəmkir şəhəri Cahangir Rüstəmov adına tam orta ümumtəhsil məktəbi ndə rus bölməsində təhsil alıb. Bakı Odlar Yurdu Universitetinin "Hüquqşünaslıq" fakültəsinin məzunudur.
Qeyd edək ki, Asif Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olunaraq Tovuz rayon icra ve probasiya şöbəsində icra məmuru, 2022-ci ildən isə böyük icra məmuru vəzifəsində işləmişdir. 2025-ci ildən isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru vəzifəsinə təyin edilmişdir.
















