Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a təhvil veriləcək, oraya aparılıb məhv ediləcək.
1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Ya da üstün tutulan variant olaraq, İranla birlikdə və koordinasiya şəraitində, yerindəcə və ya başqa məqbul bir məkanda məhv ediləcək. Bu proses və hadisə zamanı isə Atom Enerjisi Komissiyası və ya onun ekvivalent qurumu şahid qismində iştirak edəcək”, - o qeyd edib.
















