ABŞ hazırda Rusiya üçün qeyri-dost ölkədir.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.“Amerika raketləri ərazimizə zərbələr endirir. Onlara amerikalı mütəxəssislər rəhbərlik edir”, - Peskov bildirib.
Rusiya prezidentinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Donald Trampı 2025-ci ilin yanvarında andiçmə mərasimi münasibətilə təbrik edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, ölkələr arasında münasibətlər ABŞ administrasiyasının gələcək bəyanatlarından və addımlarından asılı olacaq.