“Azərbaycanda qadınların pensiya yaşı 65-ə çatdırılıb. Bu, MDB məkanında çox yüksəkdir. Qadınların erkən pensiyaya çıxması məsələsi getdikcə aktuallaşacaq".
1xeber.media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı"ın müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Hazırda çoxuşaqlı ailə dedikdə, 5 və daha çox uşaqlı ailə nəzərdə tutulur və müavinət verilir. Belə ailələrin xüsusi çəkisi 3%-in altındadır. Ona görə də çoxuşaqlı ailə modeli 5-dən 3 uşağa endirilsə, həm analara 5 il tez pensiyaya çıxma hüququ qazandıracaq, həm də xeyli uşaq müavinət alacaq”, - deyə deputat bildirib.
















