Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd
təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Bu müşavirə ölkənin ərzaq
təhlükəsizliyinin təmin olunması, aqrar sahənin intensiv inkişafı və yeni dövlət proqramlarının
icrası baxımından strateji əhəmiyyət kəsb edir.
Müşavirə çərçivəsində dövlət başçısı tərəfindən verilən mesajlar və qəbul edilən
qərarlar, kənd təsərrüfatını iqtisadiyyatın aparıcı və müasir qüvvəsinə çevirmək əzmini
nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında kənd təsərrüfatının inkişafının dövlət siyasətinin
prioritetlərindən olduğunu vurğulayaraq, bir sıra vacib məqamlara toxunub.
Dövlət başçısı aqrar sahədə məhsuldarlığın artırılmasının əsas hədəf olduğunu bildirib.
Məsələn, taxılçılıqda hər hektardan götürülən məhsuldarlığın 5 tona çatdırılması qarşıya
konkret hədəf kimi qoyulub.
Ölkə başçısı hər bir əkin üçün yararlı torpaq sahəsinin öz pasportunun olmasının
vacibliyini qeyd edib. Bu, torpaqların daha səmərəli istifadəsinə və fermerlərin daha çox gəlir
əldə etməsinə xidmət edən strateji bir addım kimi dəyərləndirib.
Müşavirədə eyni zamanfa ət,süd və quş əti ilə bağlı 100 faizlik özünü təminetmə
səviyyəsinə nail olmaq, ölkənin ərzaq müstəqilliyini möhkəmləndirəcək əsas vəzifələrdən biri
kimi müəyyən edilib.
Prezident iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirini qeyd edərək, su anbarlarında
toplanan suyun bu il kənd təsərrüfatı üçün yaradacağı imkanları vurğulayıb. Müasir suvarma
sistemlərinin genişləndirilməsi (300 min hektara çatdırılması) məhsuldarlığın artırılmasında
həlledici olacağını da deyən İlham Əliyev əlavə respublikada qazlaşdırma prosesinə də
toxunub.Dövlət başçısı ötən illər ərzində bölgələrdə qazlaşdırmanın 96%-ə çatdırılması,
elektrik enerjisi, yol-nəqliyyat və su təchizatı infrastrukturunun qurulması aqrar sahənin
inkişafına birbaşa zəmin yaratdığını da qeyd edib.
Qeyd edək ki, “2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əhəmiyyəti müşavirənin ən
mühüm nəticələrindən biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və
akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər
üçün Dövlət Proqramı”nın təsdiqlənməsidir. Bu proqram aşağıdakı istiqamətlərdə
genişmiqyaslı dəyişiklikləri hədəfləyir ki, kreditlər üzrə faiz subsidiyalarının verilməsi və
investisiya layihələrinin subsidiyalaşdırılması özəl sektorun aqrar sahəyə marağını daha da
artıracaq.Bununla yanaşı sahə üzrə hüquqi bazanın təkmilləşdirilməsi istehsal və emal
proseslərini daha şəffaf və səmərəli etməklə yanaşı müəyyən ərazilərin buğda, pambıq və
heyvandarlıq üçün xüsusi təsərrüfat zonaları kimi müəyyənləşdirilməsi istehsalın
ixtisaslaşmasını və rəqabətədavamlılığını təmin edəcək.Son olaraq qeyd etməliyəm ki,
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən bu müşavirə, Azərbaycanın aqrar
siyasətində yeni bir keyfiyyət mərhələsinin başlanğıcıdır. İnfrastrukturun tam
formalaşmasından sonra artıq diqqətin yüksək məhsuldarlıq, emal sənayesi və ixrac
potensialının reallaşdırılmasına yönəldilməsi, ölkənin həm ərzaq təhlükəsizliyini təmin edəcək,
həm də qeyri-neft sektorunun inkişafına ciddi töhfə verəcəkdir.
Bu qərarlar, həm fermerlər, həm də aqrar sahibkarlıqla məşğul olan şirkətlər üçün
növbəti beş ildə fəaliyyətlərini daha müasir, texnoloji və gəlirli istiqamətdə qurmaq üçün geniş
imkanlar açır.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri
















