Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək.
1xeber.media xəbər verir ki, bununla bağlı mərasim Gürcüstanın nda keçiriləcək.
Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir.















