Braziliya millisinin dünya şöhrətli ulduzu Neymar 2026-cı il Dünya Çempionatı öncəsi dəbdəbəli həyatı ilə yenidən gündəmə gəlib.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, milli komandanın düşərgəsinə qoşulmaq üçün yola çıxan Neymar toplanış məkanına özünəməxsus xüsusi helikopterlə eniş edib. Ulduz futbolçunun lüks dizaynlı qara helikopterdən düşdüyü anlar həm media nümayəndələri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən anbaan lentə alınıb.
Neymarın düşərgəyə bu formada gəlməsi dünya mediasında və futbol ictimaiyyətində müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunu “həddindən artıq şişirdilmiş və lazımsız nümayiş” kimi qiymətləndirib.
















