ABŞ Federal Məhkəməsi Prezident Donald Trampın adının Con Kennedi adına İfa Sənətləri Mərkəzinin fasadından silinməsi ilə bağlı qərar çıxarıb.
1xeber.media xəbər verir ki, federal hakim Kristofer Kuper mərkəzin adının qanunsuz olaraq dəyişdirildiyinə qərar verərək, binaya əlavə olunan ABŞ Prezidenti Donald Trampın adının 14 gün ərzində götürülməsini tələb edib.
Bildirilib ki, sui-qəsd nəticəsində öldürülən keçmiş ABŞ Prezidenti Con Fitscerald Kennedinin adını daşıyan mədəniyyət mərkəzinin adının dəyişdirilməsi səlahiyyəti yalnız ABŞ Konqresinə məxsusdur.
Qərara reaksiya verən Donald Tramp sosial media hesabında paylaşım edərək mərkəzlə əlaqələrini kəsdiyini açıqlayıb: “Əllərimi bağlasanız, bu ölməkdə olan qurumla heç bir əlaqəm olmayacaq”.

















