Argentina millisinin müdafiəçisi Nikolas Otamendinin yeni klubu müəyyənləşib.
1xeber.media xəbər verir ki, 38 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.
O, "River Pleyt"lə 2027-ci il dekabrın 31-nə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, N.Otamendi 2020-ci ildən "Benfika"da çıxış edirdi. O, "Portu", "Valensiya" və "Mançester Siti"də oynayıb.

















