Rusiya Ermənistandan balıq idxalını da dayandırır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) qərar qəbul edib.
Bildirilib ki, “Rosselxoznadzor” mayın 21-dən 27-dək Ermənistanın balıq emalı müəssisələrində yoxlamalar aparıb, həmçinin alabalıq saxlama və yetişdirmə fermalarına baş çəkib. Qurumun məlumatına görə, müəssisələrin 50%-i yoxlamaların keçirilməsindən imtina edib.
“Yoxlamanın nəticələrinə əsasən, 2026-cı il iyunun 2-dən etibarən yaranmış vəziyyət nizamlananadək, yoxlamadan keçmiş iki şirkət istisna olmaqla, Ermənistanın bütün şirkətlərindən Rusiya üçün diri balıq və balıq məhsullarının baytarlıq sertifikatlaşdırılması dayandırılmalıdır”, - “Rosselxoznadzor”un bəyanatında deyilir.
İcazə verilmiş iki zavodun balıq məhsulları isə yalnız təhlükəsizlik göstəriciləri üzrə laborator monitorinqlərin keçirilməsi şərtilə Rusiyaya idxal olunacaq.
Xatırladaq ki, daha əvvəl “Rosselxoznadzor” Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının, eləcə də meyvə-tərəvəzlərin idxalına məhdudiyyətlər tətbiq edib.















