Türkiyənin Səhiyyə Nazirliyinə aid təcili tibbi yardım helikopteri Muğla şəhərində qəzaya uğrayıb.
1xeber.media xəbər verir ki, hadisə helikopterin Muğlanın Menteşe rayonunda yerləşən Sıtkı Koçman adına Tədris və Araşdırma Xəstəxanasının binasına çırpılması nəticəsində meydana gəlib.
Helikopter xəstəxananın həyətinə düşüb. Bölgəyə müvafiq qurumların əməkdaşları cəlb olunublar.
Ölən və ya yaralananlarla bağlı hələlik məlumat yoxdur.