Rusiya uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri olan A-50U-ları Mərkəzi Hərbi Dairəsinin ərazisindəki, Ural və Sibir bölgələrini əhatə edən mülki hava limanlarında saxlayır.
1xeber.media xəbər verir ki, peyk görüntülərini təhlil edən “Avivektor” analitik qrupunun məlumatına görə, təyyarələr mümkün zərbələrdən yayınmaq üçün tez-tez yerlərini dəyişirlər.
Qeyd olunur ki, 4 iyuna olan məlumata əsasən, A-50U təyyarələrinin əsas toplanma məntəqəsi kimi İvanovo vilayətində yerləşən İvanovo-Severni aviabazası qeydə alınıb. Bu baza Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir. Analitiklərin iddiasına görə, burada 8 ədəd A-50 təyyarəsi olub. Daha bir təyyarə isə Ukraynadan təxminən 2300–2400 km uzaqlıqda yerləşən Komi Respublikasındakı Vorkuta-Sovetski aviabazasında aşkarlanıb.
Bundan əlavə, daha üç A-50 təyyarəsi mülki hava limanlarında müşahidə edilib:
- Tatarıstandakı Beqişevo hava limanında;
- Çelyabinsk hava limanında;
- Xantı-Mansi Muxtar Dairəsində yerləşən Nijnevartovsk hava limanında.
Məlumata görə, DRLO təyyarəsi 2026-cı il iyunun 1-i ilə 2-si arasında Çelyabinsk hava limanına gedib. Bundan əvvəl həmin hava limanında iki A-50U təyyarəsi yerləşdirilmişdi.















