Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxacaq.
1xeber.media xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv San Marino yığması ilə qarşılaşacaq.
Sombatxey şəhərində yerləşən "Haladaş” stadionunda keçiriləcək görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Marton Ruş olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 6-da keçirdiyi yoxlama oyununda Malta yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.
















