Belfastda etirazlar iğtişaşlara çevrildi: Evlər və avtomobillər yandırılıb
1xeber.media xəbər verir ki, Şimali İrlandiyanın paytaxtı Belfastda miqrantlara qarşı etiraz aksiyaları kütləvi iğtişaşlara çevrilib. Etirazçılar bir neçə ərazidə avtomobilləri yandırıb, evlərə hücum edib və polis qüvvələri ilə toqquşublar. Hadisələr bir nəfərin ağır yaralanması ilə nəticələnən bıçaqlanma olayından sonra başlayıb.
Məlumata görə, polis vəziyyətə nəzarət etmək üçün xüsusi texnika və su şırnaqlarından istifadə edib. Böyük Britaniyanın Baş naziri Keir Starmer baş verənləri pisləyərək, qanunu pozan şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirib.
Yerli rəsmilər və zərərçəkən ailələr ictimaiyyəti sakitliyə çağırıb. Belfastda təhlükəsizlik tədbirləri gücləndirilib.
















