Elon Maska məxsus SpaceX şirkətinin səhmlərinin yaxın günlərdə birjada yerləşdirilməsi gözlənilir. Beynəlxalq maliyyə dairələrində bu IPO-nun tarixdə ən böyük yerləşdirmələrdən biri olacağı müzakirə edilir.
1xeber.media xəbər verir ki, şirkətin dəyərinin 1,75 trilyon dollar səviyyəsində qiymətləndirilməsi nəzərdə tutulur. Bu isə SpaceX-i dünyanın ən dəyərli şirkətlərindən birinə çevirə bilər.
Ekspertlər hesab edirlər ki, SpaceX-in birjaya çıxışı 2026-cı ilin ən mühüm iqtisadi hadisələrindən biri olacaq və texnologiya bazarına ciddi təsir göstərəcək.
















