1xeber.media xəbər verir ki, Qazaxıstanın Almatı bölgəsində iki illik fasilədən sonra ölkənin ən böyük hava şarları festivalı yenidən təşkil olunub. Festivalda 12 ölkədən gəlmiş pilotlar iştirak edib, səmaya eyni anda 29 nəhəng hava şarı buraxılıb. Tədbir minlərlə turistin diqqətini cəlb edib və bölgədə turizmin inkişafına töhfə verib.
















