Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun vəzifədən uzaqlaşdırıldığı bildirilir.
1xeber.media xəbər verir ki,Bizimesr.com-un məlumatına görə, bu barədə rəsmi məlumat verilməsə də, artıq Agentliyin rəsmi internet səhifəsindən Simnar Mamedovun adı götürülüb.
Hazırda qurumun rəsmi saytındakı "Rəhbərlik" bölməsində yalnız direktor İlqar Bayramlı və direktor müavini Kənan Mirzəyevin adları saxlanılıb
Qeyd edək ki, Simnar Mamedov Agentliyin sabiq direktoru Ceyhun Kərəmovun vəzifədən uzaqlaçdırılmasından sonra, İlqar Bayramlı direktor təyin edilənədək direktor səlahiyyətlərini icra edib. Həmin dövrdə onun Agentliyə rəhbər təyin olunacağı ilə bağlı müxtəlif iddialar və məlumatlar da səsləndirilirdi.
Lakin Simnar Məmmədovun adının Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi saytından çıxarılması onun vəzifədən ayrılması və ya vəzifəsindən uzaqlaşdırılması ilə bağlı sualları artırıb.
Bununla bağlı hələlik Agentlik tərəfindən rəsmi açıqlama verilməyib.
Məlumata görə, Agentlik daxilində ciddi kadr mübarizəsinin davam etdiyi iddia olunur. Qeyd olunur ki, Agentliyi Murad Məmmədov adlı hüquqşünas (?) öz nəzarətində saxlamağa çalışır.
Bu isə qurum daxilində, eləcə də, Peşə Təhsili Mərkəzlərində ciddi idarəetmə problemlərinə səbəb olub. Hətta Mərkəzlərdə onun tapşırıqlarının qaydalara uyğun olmadığını, bu tapşırıqların icrasının mümkünsüz olduğunu bilrirən direktorların narazılığı da müşahidə olunmaqdadır. İddia olunur ki, Murad Məmmədov özünü Peşə Təhsili üzrə Dövlət Agentliyinin ən səlahiyyətli şəxsi kimi göstərməklə nəzarəti əlində cəmləşdirməyə davam edir.
Maraqlıdır, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlıdır, yoxsa, Murad Məmmədov...? Və ya İlqar Bayramlı Peşə Təhsili üzrə Dövlət Agentliyini idarə edə bilmir?




















