Rusiya Prezidenti Vladimir Putinin hakimiyyəti altında davamlı sülhə nail olmaq son dərəcə çətin olacaq.
1xeber.media xəbər verir ki, bu fikri “Ukrinform” agentliyinə müsahibəsində Kanadanın Birləşmiş Operativ Komandanlığının keçmiş komandanı, general-leytenant Kristofer Kouts bildirib.
“Putinin ölümü sülh üçün ilk zəruri şərtdir. Təəssüf ki, Putin hakimiyyətdə qaldığı müddətdə uzunmüddətli sülhü təsəvvür etmək mənim üçün çox çətindir. Belə bir sülhün daha fundamental əsası kimi isə yalnız Ukraynanın hərbi qələbəsini görürəm”, – deyə o söyləyib.
O, Ukraynanın Rusiyanın neft emalı zavodlarına və neft infrastrukturuna zərbələri davam etdirməsinin vacibliyini izah edərək, bu hücumları strateji gediş adlandırıb. Onun sözlərinə görə, belə zərbələr Rusiyanı resurslarını səpələməyə məcbur edir, gəlirlərini azaldır və rusiyalılara müharibənin öz qiyməti olduğunu xatırladır.
Bundan əlavə, bu hücumlar Rusiyanı daha geniş əraziləri müdafiə etməyə və qüvvələrini geniş ərazilərə yaymağa məcbur edir. Eyni zamanda, dövlət büdcəsinə daxilolmaları azaldır. Həmçinin, ukraynalılar üçün mühüm psixoloji təsir göstərir:
“Cavab zərbələri endirmək imkanı həm mənəvi ruh yüksəkliyi, həm də ədalət hissi baxımından böyük əhəmiyyət daşıyır”.
















