Daha bir mühüm təşəbbüs Qarabağ suvarma kanalının tikintisidir. Uzunluğu 172,4 kilometr olacaq bu magistral kanal vasitəsilə geniş ərazilərdə mövcud əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq və yeni torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək.
1xeber.media xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.
“Layihə tam icra olunduqdan sonra respublika üzrə 115 min hektara yaxın mövcud əkin sahəsinin suvarılması və əlavə olaraq 51 min hektar yeni torpaq sahəsinin kənd təsərrüfatı istifadəsinə verilməsi mümkün olacaq. Bu layihələr regionun kənd təsərrüfatı potensialının daha səmərəli reallaşdırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və su ehtiyatlarının dayanıqlı idarə olunmasına mühüm töhfə verəcək”, - deyə o əlavə edib.
















