Qax Rayon İcra Hakimiyyəti (RİH) istehlakyönlü müxtəlif xidmətlərə 97 568 AZN xərcləyəcək.
1xeber.media bildirir ki, bu, büdcədən kənar vəsait hesabınadır.
RİH işi “Atlantis Construction Group” MMC-yə verib. Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “bir mənbə” metodu tətbiq olunub. Açıq tender keçirilməyib.
Qeuy edək ki, Qax rayon icra başçısı Elvin Paşayevdir.
bizimesr.com
















