İrəvan Şəhər Ümumi Yurisdiksiya Mülki Məhkəməsi Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyanın Baş nazir Nikol Paşinyana qarşı böhtan və təhqir hesab edilən məlumatları təkzib etməsi, üzr istəməsi və 9 milyon dram təzminat ödəməsi tələbi ilə qaldırdığı iddianı icraata qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb.
Çarukyan iddia ərizəsində göstərir ki, Nikol Paşinyan 28 may 2026-cı il tarixli brifinqdə onun barəsində “cinayətkar”, “casus”, “agent”, “cinayətkar sövdələşmə bağlayan”, “Ermənistan xalqını soyan” və “xarici xüsusi xidmət orqanının tapşırığı ilə Andranik Tevanyanı Çiçəklənən Ermənistan siyahısına daxil edən” kimi sözlər işlətməklə böhtan atıb. Çarukyan tələb edir ki, məhkəmə qərarından sonra 5 gün ərzində Paşinyan bu sözlərini təkzib etməli və üzr istəməlidir.
Təkzib və üzr 13 xəbər saytında və ya onların Yutub platformalarında dərc edilməlidir.
















