Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya 2:0 hesabı ilə uduzandan sonra məğlub komandanın baş məşqçisi Vinçenzo Montella açıqlama verib.
1xeber.media xəbər verir ki, Montella oyunun gözlənildiyindən fərqli keçmədiyini bildirib.
"Oyun taktiki olaraq gözlədiyimizdən fərqli keçməyib və rəqib əks-hücumlardan yaxşı istifadə etdi. İki qol buraxdıq, çox üzgünük. Komanda ruhunu meydana əks etdirdik, ürəklə oynadıq. Buna davam etsək, istədiyimiz nəticələri almağa başlayarıq. Növbəti oyunda daha yaxşısını edəcəyik", - Montella qeyd edib.















