1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Ukrayna lideri Vladimir Zelenskini danışıqlar üçün Moskvaya dəvət edib.
"Əgər (...) [Zelenski] Rusiya lideri ilə mümkün görüş barədə əlavə sorğular edərsə, əvvəllər də bildirildiyi kimi, görüş istəyir - qoy Moskvaya gəlsin", - Uşakov deyib.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Zelenski Putinlə danışmaq istəsə, istənilən vaxt Moskvaya gələ bilər. O, Ukrayna liderinin rusiyalı həmkarı ilə görüşməyi və münaqişəyə son qoymağı təklif etdiyi açıq məktubunu şərh edərkən bildirib.
Zelenski Putinə açıq məktubu 4 iyunda dərc edib. Orada o, təklif olunan görüşün İsveçrədə, Türkiyədə və ya ərəb ölkəsində keçirilə biləcəyini bildirib.















