Avropa Komissiyası Rusiyaya müəyyən malların ixracına qoyulan məhdudiyyətlərlə əlaqədar olaraq Ermənistanla ticarətin artırılması üçün təcili tədbirlər paketi hazırlayır.
1xeber.media xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, Brüssel Ermənistanın ərzaq və kənd təsərrüfatı ixracına tarifləri azaldacaq avtonom ticarət tədbirləri hazırlayır:
“AB üzv dövlətlərinin əksəriyyətinin və Avropa Parlamentinin təsdiqini tələb edən tədbirlər ildə təxminən 420 milyon avro dəyərində 20 məhsul kateqoriyasının əksəriyyətini əhatə edəcək”.
















