Ukraynadakı münaqişədə nəsə baş verməlidir.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fransada keçirilən G7 sammitində Ağ Evin YouTube kanalında canlı yayımlanan mətbuat konfransında bildirib.
Rusiya prezidenti Vladimir Putinlə "çox yaxşı" telefon danışıqlarından və Ukrayna lideri Volodimir Zelenski ilə "məhsuldar" söhbətdən sonra Ağ Ev rəhbəri hər ikisinin "nəsə etmək" istədiyi fikrini bildirib.
"Nəsə baş verməlidir (...) Düşünürəm ki, hər ikisi nəsə etmək istəyirlər. Sadəcə necə edəcəyini bilmirlər", - deyə o bildirib.
Daha əvvəl Tramp ABŞ-ın Kiyevə Ukraynada Amerika raketləri istehsal etmək üçün lisenziya verməyi nəzərdən keçirəcəyini bildirmişdi. O, əlavə edib ki, Ukrayna ABŞ-a belə bir xahiş edib.

















