Macarıstanın keçmiş Baş naziri Viktor Orban, Fidesz partiyasının Rusiyayönlü siyasət yürütməsi və nəticədə seçkilərdə uduzması ilə bağlı ittihamlara cavab verdi.
1xeber.media xəbər verir ki, O, bu açıqlamanı Brüsseldə keçirilən mətbuat konfransında verdi.
Onun sözlərinə görə, Macarıstan parlament seçkilərində heç bir Rusiyayönlü partiya iştirak etməyib.
Siyasətçi bildirib ki, "Fidesz ruslar və ukraynalılarla maraqlanmır; biz macarıstanyönlü siyasət yürüdürük və gələcəkdə də davam etdirəcəyik".
Bundan əvvəl Macarıstan Parlamenti konstitusiyaya baş nazirlər üçün maksimum müddət məhdudiyyətini müəyyən edən düzəlişləri qəbul etmişdi. Bu o deməkdir ki, keçmiş Baş nazir Viktor Orban artıq öz vəzifəsinə qayıda bilməyəcək.

















