“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
1xeber.media xəbər verir ki, Kəmalə Ağazadə paylaşımında Abşeron rayonu, xüsusilə də Xırdalan şəhərində yeniyetmə və gənclərlə bağlı narahatedici halların artdığını vurğulayaraq bunları qeyd edib:
“Abşeron rayonu Bakıya üz tutan bir çox region əhalisinin məskunlaşdığı ərazidir.
Əsasən də məskulaşma daha çox Xırdalan şəhərinin payına düşüb.
Əsasən də yeniyetmə və gənclərin “formalaşdığı” ərazi Xırdalandır.
Xırdalanı ciddi nəzarətə götürməyin zamanıdır. Bizə yerləşdirilən uşaqların 70% -i Xırdalan ərazisində ən azı bir dəfə ünsiyyətə keçmək üçün tiktokda tanışlıq vasitəsi ilə bura baş vuranlardır. Orda isə narkotik, fahişəlik “keyfinin” az da olsa dadına baxırlar.
Evdən qaçanların bir çoxu bu ərazidə aşkarlanır…Özü də daha çox azyaşlıları kafe və çayxanalarda…Hətta işçi kimi…
Həyəcan təbilini çalmağa geçikirik …
Ətraflı yazacağım üçün hələ heç bir qurumu işarələmirəm”.
















