Fransada Ukrayna Silahlı Qüvvələri üçün dron istehsal edən fabrikə hücum edilib.
Hücum Fransanın cənub-qərbindəki Delair fabrikini hədəf alıb.
1xeber.media xəbər verir ki, CCTV görüntülərinə görə, naməlum hücumçular binaya Molotov kokteyli atıblar. Lakin, hadisə nəticəsində fabrikə böyük ziyan dəymədiyi, Molotov kokteyli "partlamadığı" bildirilir.
Hücumdan bir neçə gün sonra Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi fabrikin yaxınlığında bir kişini "şirkətin dron prototipini lentə aldığına" görə casusluq şübhəsi ilə həbs edib. Fransa prokurorluğunun məlumatına görə, kişi Belarus əsillidir və iddialara görə, görüntüləri Rusiyadakı başqa bir şəxsə ötürüb. Hazırda o, həbsdədir.
Daha əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna və Almaniyanın TerMIT yerüstü robot sistemlərini birgə istehsal etmək barədə razılığa gəldiyini açıqlayıb.

















