"Dövlət Qulluqçularının Peşə Bayramı Günü" münasibətilə Xətai rayon İcra Hakimiyyətində tədbir küçirilib.
1xeber.media xəbər verir ki,Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev kollektiv qarşısında çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, dövlət qulluğunun ölkənin inkişafında mühüm rol oynadığını vurğulayaraq, dövlət qulluqçularının üzərinə düşən vəzifələrin məsuliyyətindən danışıb.
Çıxışda Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyində operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verildiyi qeyd olunub. Bildirilib ki, dövlət qulluqçuları vətəndaşlarla ünsiyyətdə yüksək etik davranış qaydalarına riayət etməli, müraciətlərə həssas yanaşmalı və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində səylərini davam etdirməlidirlər.
Sonda kollektivə qarşıdakı dövrdə həyata keçiriləcək vəzifə və hədəflər barədə məlumat verilib, dövlət qulluğunun nüfuzunun yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.
Tədbirin sonunda uzun illər rayon İcra Hakimiyyətində səmərəli fəaliyyət göstərən dövlət qulluqşularına fəxri fərmanlar təqdim edilib.



















