İran ABŞ ilə münaqişəyə son qoymaq üçün böyük güzəştlər edir.
1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı bildirib.
"İran çox böyük güzəştlər edir", - deyə o qeyd edib.
Bir müddət əvvəl İslam Respublikasının prezidenti Məsud Pezeşkian İranın ABŞ ilə memorandum çərçivəsində öhdəliklərini yerinə yetirəcəyini bildirmişdi, lakin Tehran hələ də Vaşinqtona etibar etmir. O əlavə edib ki, amerikalılarla ballistik raketlərlə bağlı heç bir danışıqlar aparılmayıb və gözlənilmir.
Donlad Tramp daha əvvəl Vaşinqtonun lazım gələrsə, İranın dəniz blokadasını yenidən tətbiq edə biləcəyini, lakin bunun ehtimalının hazırda olduqca aşağı olduğunu bildirmişdi.
















