TƏBİB rəhbərliyi tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrinin baş həkimlərinə və direktorlarına "öz xahişimlə məni işdən azad edəsiniz" məzmunlu ərizələri əvvəlcədən yazdırıldığı iddia olunur.
1xeber.media xəbər verir ki, məlumata görə, sözügedən addım gələcəkdə vəzifədən azad ediləcək şəxslərin məhkəmələrə müraciət etməsinin və mümkün əmək mübahisələrinin qarşısını almaq məqsədi daşıyır.
İddia olunur ki, hazırda bütün baş həkimlər və direktorlar belə bir ərizə yazaraq rəhbərliyə təqdim ediblər.
Məlumatda bildirilir ki, son dövrlərdə TƏBİB-də həyata keçirilən genişmiqyaslı işdən çıxaılmalar ciddi narazılıq yaradıb. Vəzifədən uzaqlaşdırılan və ya uzaqlaşdırılması gözlənilən rəhbər şəxslərin, həkimlərin bir qismi hüquqlarının pozulduğunu hesab edir və məhkəməyə müraciət etməyə hazırlaşır.
TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun aydığı məlum addımlar yaxın vaxtlarda qurum üçün ciddi hüquqi problemlərə səbəb ola bilər. Bildirilir ki, vəzifədən azad olunan şəxslərin bir neçəsi artıq məhkəmə iddiaları qaldırmaq üçün hazırlıq işlərinə başlayıb.
Bizimesr.com
















