Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən yeni medal alıb.
1xeber.media xəbər verir ki, rəsmi şəxs bu barədə “Telegram” kanalında məlumat verib.
“Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin 90 illiyi” münasibətilə təsis olunmuş yubiley medalı Adam Kafırova Qroznıda Rusiya Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin 90 illik yubileyinə həsr olunmuş mərasimdə təqdim edilib.
Eyni medal ata Kadırova da təqdim olunub.
Qedy edək ki, bu ilin iyun ayında Adam Kadırov Rusiyaya göstərdiyi görkəmli xidmətlərə görə “Çeçenistan Qəhrəmanı” adını alıb.
Mayın 31-də isə Adam Kadırov xüsusi hərbi əməliyyatdakı töhfəsinə görə medalla təltif edilib. Bu mükafat onun təhlükəsizliyin təmin edilməsinə və Xüsusi Hərbi Əməliyyat qüvvələrinin dəstəklənməsinə görə verilib.
















