Fransa millisinin kapitanı Kilian Mbappe verdiyi açıqlama ilə diqqət mərkəzinə düşüb.
1xeber.media xəbər verir ki, o, dünya çempionatının 1/8 finalında Paraqvaya 1:0 hesabı ilə qalib gəldikləri matçda yaşanan çoxsaylı gərginliklərə münasibət bildirib.
Matçda qələbə qolunun müəllifi ulduz futbolçu rəqib oyunçuların aqressiv hərəkətlərinə qarşılıq verdiklərini deyib:
“Bu oyunun necə keçəcəyini bilirdik, amma düşünürəm ki, bu gün hər şey çox yaxşı alındı. Onlar elə düşünürdülər ki, biz meydana “smokin” geyinmiş kimi çıxacağıq, sadəcə gözoxşayan fəndlər göstərməyə gəlmişik.
Amma sərt və çətin oyunu necə oynamağı da bilirik. Bu gün bunu göstərdik. Qələbə qazandıq və bu baxımdan da onlardan üstün idik. Bizi meydanda təhqir etsə idilər, eyni sözlərlə cavab verəcəkdik”.
















