Ukrayna Silahlı Qüvvələrinin (UAH) hücumundan sonra Kaluqa bölgəsindəki sənaye müəssisəsi yanğına məruz qalıb.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna sərhədindən 400 kilometr aralıda yerləşən bölgənin qubernatoru Vladislav Şapşa Telegram-da məlumat verib.
Rəsmi şəxsin sözlərinə görə, yanğın Dzerjinski rayonunda baş verib. Şapşa Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) tərəfindən hansı müəssisəyə hücum edildiyini dəqiqləşdirməyib.
"Dzerjinski rayonundakı sənaye müəssisəsində yanğın baş verib. İlkin məlumatlara görə, itki yoxdur", - deyə o, bloqunda yazıb. Qubernator qeyd edib ki, hava hücumundan müdafiə sistemləri bölgə üzərində ümumilikdə altı PUA-nı vurub.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Moskvaya son iki ildə ən böyük PUA hücum cəhdi barədə məlumat verilib.
















