1xeber.media xəbər verir ki, Britaniyalı Parlament üzvü Ed Deyvi sosial media səhifəsində FIFA prezidenti Canni İnfantinoya istefa verməyə çağırıb.
Siyasətçi hesab edir ki, bu vəzifə təşkilat daxilində korrupsiyanın kökünü kəsəcək biri tərəfindən tutulmalıdır. O bildirib ki, "Yerindən asılı olmayaraq, Dünya Kuboku Donald Tramp kimi qanqsterlərə deyil, azarkeşlərə məxsusdur".
Daha əvvəl "The Guardian" qəzetinin jurnalisti Romain Molina bildirmişdi ki, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) 2026-cı il Dünya Kubokunun 1/8 final matçından əvvəl ABŞ millisinin hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvindən sonra İnfantinonun yerini tutmağı düşünür. Avropa rəsmiləri İnfantinonun Baloqunun lehinə verdiyi qərarın siyasi müdaxilə və təşkilatın müstəqilliyinin pozulması kimi qəbul edilə biləcəyindən narahatdırlar.
Baloqunun azad edilməsi 5 iyulda elan edilib. Bundan əvvəl İnfantinoya Tramp zəng edərək FIFA rəhbərindən qırmızı vərəqə ilə bağlı vəziyyəti yenidən nəzərdən keçirməsini istəyib.
















