2025-ci ildə “Moskviç” avtomobil zavodu təkcə 8 indeksi altında krossoverin satışına başlamağı deyil, həm də hələ elan edilməmiş modelləri təqdim etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, “Rossiyskaya qazeta” -ya, bu barədə müəssisənin mətbuat xidməti məlumat verib.
Şirkətdən bildiriblər ki, yeddi yerlik krossover Moskvich 8, ehtimal ki, fevralın ikinci yarısında dilerlər şəbəkəsinə gələcək.“Digər modellər də planlardadır, lakin istehsal resurs tələb edən və bahalı bir prosesdir, 2025-ci ildə bazarın necə olacağına dair anlayış olmayana qədər yeni modelləri işə salmaq mümkün deyil. Təbii ki, yeni modellərin tətbiqi üçün ilkin şərtlər olarsa, biz bu avtomobilləri satışa çıxaracağıq”, - şirkət qeyd edib.