Futbol üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
1xeber.media xəbər verir ki, ilk yarımfinal oyununda iyulun 14-də Fransa və İspaniya yığmaları üz-üzə gələcək.
İkinci yarımfinal qarşılaşması isə iyulun 15-də İngiltərə və Argentina komandaları arasında keçiriləcək.
Qeyd edək ki, İngiltərə Norveçi 2:1 hesabı ilə məğlub edib. Argentina isə əlavə vaxtda İsveçrəyə 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
















