Qazaxıstan və Gürcüstan iyulun 22-dən etibarən beynəlxalq avtomobil daşımaları üçün icazələrin e-Permit sistemi vasitəsilə sınaq rejimində elektron qaydada verilməsi və mübadiləsinə başlayacaq.
1xeber.media Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu barədə razılıq Astanada keçirilən Qazaxıstan–Gürcüstan Beynəlxalq Avtomobil Daşımaları üzrə Qarışıq Komissiyanın növbəti iclasında əldə olunub.
Tərəflər, həmçinin 2026-cı il üçün əlavə 6 min icazənin qarşılıqlı mübadiləsi barədə razılığa gəliblər. Bundan başqa, 2027-ci il üçün ilkin kvota 20 min 500 icazə həcmində müəyyənləşdirilib. Bu göstərici əvvəlki dövrlə müqayisədə 6 min vahid çoxdur.
Elektron mübadilə sisteminə tam keçiddən sonra Qazaxıstan və Gürcüstan icazələr üzrə limitsiz kvotanın tətbiqinə hazır olduqlarını bir daha təsdiqləyiblər.















