ABŞ İranla diplomatik münasibətlərə açıqdır.
1xeber.media xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının sammitində iştirak edəcəyi Manilaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Birləşmiş Ştatlar həmişə diplomatik həll yoluna açıq qalır. Biz İranla dəfələrlə cəhd etmişik və cəhd etməyə davam edəcəyik. Əgər bu qapı açılsa, məmnuniyyətlə qarşılayacağıq", - deyə Rubio bildirib.















