1xeber.media xəbər verir ki, Böyük Britaniyanın Daily Express nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevə edilən genişmiqyaslı hücumdan sonra ABŞ və Avropa ölkələrini hava hücumundan müdafiə sistemləri üçün daha çox raket tədarük etməyə çağırdığını yazıb.
Nəşrin iddiasına görə, paytaxt hücumlara məruz qaldığı vaxt Zelenski Qərb müttəfiqlərinə əlavə hərbi dəstək göstərilməsi üçün müraciət edib.
Məlumatda xatırladılır ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya Patriot zenit-raket komplekslərinin istehsalı üçün lisenziya verilməsi imkanını gündəmə gətirib. Bununla belə, bu təşəbbüsün həyata keçirilib-keçirilməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri Stiv Kortes Ukraynada sülhün danışıqlar yolu ilə əldə edilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, ölkədə narazılığın artdığı bir vaxtda Zelenskinin vəziyyəti də mürəkkəbləşib.















