Ağdam rayonunda açıq ərazidə yanğın başlayıb.
1xeber.media xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının başvermə səbəbi araşdırılır.
















